Azərbaycanda bu universitet bağlandı

Azərbaycanda bu universitet bağlandı
Sosial 4706

 

Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib.

BAKU.WS xəbər verir ki, göstərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

İşçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb.

Tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək.

Tələbələrdən qış imtahan sessiyasının başa çatmasından sonra universitetdə fəaliyyət göstərəcək İşçi qrupla əlaqə saxlanılması xahiş olunur.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda universitetdən 42 tələbə qovuldu - VİDEO

Azərbaycanda universitetdən 42 tələbə qovuldu - VİDEO

Təfəkkür Universitetində bir neçə tələbə universitetdən qovulub. Səbəb onların təhsil haqqını vaxtında ödəməmələri olub. Təhsil Nazirliyindən isə bu vəziyyətdə...

2135 Sosial 22:32 28 sentyabr 2016

Son xəbərlər