Bu gündən ənənəvi "Soyuq Əllər, İsti Ürək" yarmarkası başlayır

Bu gündən ənənəvi Soyuq Əllər, İsti Ürək yarmarkası başlayır
Sosial 1627

Fəvvarələr meydanında növbəti "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası keçiriləcək.

BAKU.WS xəbər verir ki, "Nargis Fund”ın təşkilatçılığı ilə reallaşan yarmarka dekabrın 3-də başlayacaq və 2018-ci ilin 15 yanvar tarixinədək davam edəcək.

Ənənəyə uyğun olaraq, yarmarkadan toplanan vəsait xeyriyyə işlərinə sərf olunacaq.

Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin kiçik sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, yarmarkanın sponsorlarından ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.

Qeyd edək ki, "Nargis” fondunun rəhbəri professor Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovadır. "Soyuq Əllər, İsti Ürək" yarmarkası artıq üçüncü ildir ki, keçirilir.

Aytən.H

BAKU.WS

Oxşar xəbərlər

Nərgiz Paşayeva qızı ilə (FOTO)

Nərgiz Paşayeva qızı ilə (FOTO)

Professor Nərgiz Paşayevanın qızı, "Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova ilə yeni fotosu yayılıb. BAKU.WS xəbər verir ki, şəkli Ü.Mahmudova şəxs...

4232 Şou-biznes 14:05 24 oktyabr 2016

Son xəbərlər