Köməyə ehtiyacı olan uşaqlara Yeni il möcüzəsi (VİDEO)

Köməyə ehtiyacı olan uşaqlara Yeni il möcüzəsi (VİDEO)
Video
Sosial 792

 

«Soyuq Əllər, İsti Ürək» xeyriyyə yarmarkasının "Mələklər” komandasına Ambassade de la Beaute gözəllik səfirliyi qoşuldu.

Ambassade de la Beaute həm də layihənin sponsorlarındandır. Əsas missiyası bizim gözəlliyimizin və gəncliyimizin qayğısına qalmaqdan ibarət olan gözəllik səfirliyi köməyə ehtiyacı olan uşaqlara Yeni il möcüzəsi bəxş edəcək. 

Xatırladaq ki, "Soyuq əllər, İsti ürək” xeyriyyə yarmarkasından əldə olunan vəsait ənənəyə uyğun olaraq, müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf ediləcək. Bu il xeyriyyə yarmarkasında təşkilatçılara ehtiyacı olan uşaqların müalicəsinin və əyləncəsinin həyata keçirilməsinə laqeyd qalmayan könüllülər komandası kömək edəcək.

"Nargis” Fondu könüllülərin "Mələklər” (We are Angels) kimi tanınacaqlarını elan edib. Könüllülərin cəlb olunması prosesinə artıq start verilib və qeydiyyat noyabr ayının 20-dək davam edəcək.

BAKU.WS

Oxşar xəbərlər

Noyabr ayı soyuq keçəcək

Noyabr ayı soyuq keçəcək

Noyabr ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə...

1252 Şou-biznes 12:37 30 oktyabr 2015

Son xəbərlər