Bu ərazilərdə qaz olmayacaq - DİQQƏT
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ilin payız-qış mövsümündə Gürcüstan Respublikasına təbii qazın fasiləsiz ixrac edilməsi məqsədilə “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli qaz kəmərində təmir-bərpa və yenidənqurma işlərinin aparılması planlaşdırılır.
“Azəriqaz” İB-dən BAKU.WS-ə verilən məlumata görə, bu səbəbdən 15-16.06.2023-cü il tarixlərində “Ucar”, “Lək”, “Zərdab” QPS-lərdən və “Ucar Pambıq emalı zavodu”, “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
15-16.06.2023-cü il tarixlərində təmir işləri aparılan müddətdə Ucar və Zərdab rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Oxşar xəbərlər
Azərbaycanın 3 rayonunda qaz olmayacaq
Sabirabad və Hacıqabul rayonlarının bir hissəsinin, Ağsu rayonunun isə Padarqışlaq kəndinin 3 gün müddətində qaz təchizatında fasilə yaranacaq. Bu barədə BAKU.W...