Bu ərazidə yollar TƏMİR OLUNACAQ
Ağstafa şəhərində bir neçə küçədə genişmiqyaslı yol təmiri işləri planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, bu məqsədlə Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən yolların təmiri işlərinin satın alınması ilə bağlı yeni tender elan edilib.
Yaxın günlərdə Rəfail Əsədov, Mehdi Mustafayev və Rafiq Alcanov küçələrində asfalt örtüyünün yenilənməsi həyata keçiriləcək.
Təmir işlərinin ehtimal olunan ümumi dəyəri 396.929,58 AZN təşkil edir.
Layihənin icrasına iyulun ikinci yarısında başlanılması planlaşdırılır. Yol təmiri başa çatdıqdan sonra Ağstafa sakinləri daha komfortlu və təhlükəsiz yollarla təmin olunacaqlar.
Oxşar xəbərlər
Hər şeyi özünə dərd edən bürclər: Onlar hadisələri çox düşünür
Bəzi insanlar baş verən hadisələri digərləri ilə müqayisədə daha çox düşünür, deyilən sözləri uzun müddət yadda saxlayır və kiçik problemləri belə özlərinə də...