Bu dərmanları içib maşın sürsəniz cərimə oluna bilərsiz - SİYAHI

Bu dərmanları içib maşın sürsəniz cərimə oluna bilərsiz - SİYAHI
Sosial 13942
Bir çox sürücülər elə hesab edir ki, sürücülük hüququ yalnız narkotik və psixotrop maddələrin və ya spirtli içkilərin istifadəsi zamanı yaranır. Bəs qanun dərmanlar haqqında nə deyir? Dərmana görə sürücülük hüququ məhdudlaşdırıla bilərmi? Əgər bilərsə, hansı dərmana görə ola bilər?İnzibati xətalar məcəlləsi deyir - Maddə 333. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi İnzibati məsuliyyət nəfəsdə 0,16 spirt olduqda yaranır.Əgər sürücü spirt tərkibli pereparat qəbul edibsə, o, idarəetmədən uzaqlaşdırıla bilər. Konkret desək 4 əlamətdən vətəndaşın sərxoş olması müəyyən edilə bilər. - Nəfəsdən alkoqol iyi gəlməsi- Şax durmama və yeriyərkən ləngər vurmaq- Danışığın pozulması- Dərinin rənginin qəfil dəyişməsi (qızartı)Əgər sürücü spirt tərkibli dərman içibsə və bu zaman nitqi pozulub, düzgün yeriyə bilmir və dərisi qızarıbsa, deməli sürücü sərxoş olmaq səviyyəsində dərman qəbul edib. Bu zaman polis əməkdaşı əvvəl alkotesterlə sərxoşluğu müəyyən edir, alkotesterin nəticələri qənaətbəxş deyilsə, sürücü tibbi yoxlanışdan keçirilməlidir.Qanuna əsasən sürücünün dili dolaşırsa, ayaq üstə güclə dayanarsa demək o, qəzaya düşə bilər. Dərmanın tərkibi diqqətlə yoxlanılmalı və tərkibindəki spirtə diqqət edilməlidir. Əgər alkotester bu spirtə reaksiya verirsə, cəza qaçılmazdır. Dərmanın tərkibində bir və ya bir neçə psixotrop maddələr varsa bu zaman da cərimə və ya sürücülük hüququnun məhdudlaşdırılması baş verə bilər.“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları” qaydaları var.Sual verə bilərsi iz ki, miqrendən dərman içməyim?Cavab sadədir: Əgər tərkibində bu qaydalarla nəzarət edilən narkotik maddə varsa, onu içmək olmaz. Eyni şey psixotrop maddələrlə bağlıdır. Onların da Azərbaycan ərazisində dövriyəsi qadağandır. Ona görə dərman içməzdən öncə onun tərkibini oxumaq mütləqdir.Təbii ki, Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarına uyğun hədlərdən artıq deyilsə, siz dərman içə bilərsiniz.Bu üç şeyə diqqət edin:-Tərkibində olan spirt icazə verilən həddən artıq olmasın-Tərkibində olan psixotrop və ya narkotik maddələr qadağan edilən və ya nəzarətdə olan olmasın. -Qəzaya səbəb olacaq, rekaisyanı zəiflədəck dərman olmasın. Həmçinin, qanuna əsasən sizin diqqətini yayındıracaq, reaksiyanızı azaldacaq dərman sizin sərxoş kimi rəsmiləşdirilməsinə gətirib çıxarda bilər. Və ona görə sizə bir neçə dərman təqdim edirik ki, tərkibindən xəbərdar olub, onu içərək sükan arxasına keçməyəsiniz.BAKU.WSMənbə: avtostop.tv

Son xəbərlər