Bu cür kondisionerləri satmaq qadağandır! – AÇIQLAMA
Yay mövsümü ilə bağlı insanların kondisionerlərə olan tələbatı təbii olaraq artıb. Maraqlıdır, istehlakçılar kondisioner alanda nələrə diqqət etməlidir?
BAKU.WS-in məlumatına görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov modern.az-a açıqlamasında bildirib ki, hazırda bu sahədə ciddi problemlər var: "Hələ qış aylarından etibarən kondisionerlərlə bağlı məhkəmə işlərimiz gedir. Bu sahədə istehlakçıların aldadılması baş verir. Əlbəttə, satıcılar bütün hallarda alıcıları aldadırlar. Adətən, kondisionerin normal soyudub-isitməsi ilə bağlı yanlış məlumatlar verilir. Məsələn, kondisionerlərin sənədlərində "60 kvadrat metrlik evi soyuda bilər” yazılır. İstehlakçının evi 40 kvadrat metrdirsə, fikirləşir ki, bu kondisioner mənim evimi normal soyudacaq. Lakin satıcı qeyd edilən ölçünün kub metr olduğunu demir, yəni evin hündürlüyü nəzərə alınmayıb. İstehlakçılar sənədləri nəzərdən keçirən zaman evin həcmini düşünməlidirlər. Çox təəssüflər olsun ki, Azərbaycana gətirilən kondisionerlərin sənədlərində bu məsələ aydın qeyd olunmayıb və bilərəkdən gizlədilir. Digər tərəfdən kondisionerlərin nə dərəcədə soyutması barədə şəffaflıq yoxdur. Bu sahədə böyük qaranlıq var. Azərbaycana gətirilən kondisionerlərin əksəriyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanılmayıb və heç bir sertifikat verilməyib. Bu cür malları satmaq isə qadağandır”.
BAKU.WS
Oxşar xəbərlər
XƏBƏRDARLIQ: Bu pomidorları ALMAYIN!
"Bakının mağaza və bazarlarında satışda olan pomidorların tərkibinə heyvan geni vurulub.” BAKU.WS-in məlumatına görə, bunu AzNews.az-a açıqlamasında Azad İsteh...