Azərbaycanda bəzi siqaretlərin satışı qadağan edilib

Azərbaycanda bəzi siqaretlərin satışı qadağan edilib
Sosial 2789

İqtisadiyyat Nazirliyi "Azəri” korporasiyasına həmin müəssisənin 2016-cı ilin iyulundan Şəkidə istehsal etdiyi filtrsiz "Pramida” siqaretinin satışını qadağan edib. 

BAKU.WS Contact-a istinadən xəbər verir ki, bu barədə "Azad İstehlakçılar” İB-nin rəhbəri Eyyub Hüseynov bildirib.

Filtrsiz siqaret istehsalı faktının araşdırılması "Azad İstehlakçılar” İB-nin Nazirlər Kabinetinə müraciətindən sonra başlayıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin cavab məktubunda qeyd edilir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə 14 dekabr 2016-cı ildən "Azəri” korporasiyasına filtrsiz siqaret istehsalı üçün 16 iyul 2016-cı ildə verilən gigiyena sertifikatı ləğv edilib.

"Filtrsiz siqaret istehsalının qadağan edilməsi istehlakçıların qələbəsidir. İndi növbə bu siqaretləri satışdan yığışdırmalı olan Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinindir”, - deyə Eyyub Hüseynov bildirib.  

BAKU.WS

Oxşar xəbərlər

Sürücülərə ŞAD XƏBƏR - Daha pul alınmayacaq

Sürücülərə ŞAD XƏBƏR - Daha pul alınmayacaq

Bakı şəhər sakini Şəhriyar İsmayılov əksər sürücüləri narahat edən məsələyə tam aydınlıq gətirib və buna son qoyub. BAKU.WS avtosfer.az-a istinadən xəbər verir...

3601 Sosial 17:28 08 dekabr 2016

Son xəbərlər