Bu abituriyentlər yenidən imtahana girəcəklər

Bu abituriyentlər yenidən imtahana girəcəklər
Sosial 1930
 

Dövlət İmtahan Mərkəzi bu gün yanğın hadisəsi baş verən Kooperasiya Universitetində abituriyentlər üçün keçirilən qəbul imtahanları ilə bağlı məlumat açıqlayıb.

DİM-dən BAKU.WS-ə verilən məlumatda bildirilir ki, bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan zamanı Nərimanov rayonunda, Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib.

Qeyd olunub ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də dərhal yanğın baş verən əraziyə gəlib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olub və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçılarının imtahan binasından təxliyə olunması barədə qərar qəbul olunub:

"Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə çatdırırıq ki, DİM tərəfindən onların yenidən imtahan verməsi üçün imkan yaradılacaq". 

BAKU.WS

Son xəbərlər