Bloqqer Mehman Hüseynov KİV nümayəndələrinə müraciət edib - FOTO

Bloqqer Mehman Hüseynov KİV nümayəndələrinə müraciət edib - FOTO
Sosial 1152
Həbsdə olan bloqqer Mehman Hüseynov KİV nümayəndələrinə müraciət edib.BAKU.WS “Report”a istinadən yanvarın 10-da M.Hüseynovun əl yazısı ilə yazdığı və imzaladığı müraciətin fotosunu və mətnini təqdim edir.Müraciətdə deyilir: “Artıq 22 aydır ki, həbsdə cəza çəkirəm. Və cəza çəkdiyim müddət ərzində çalışmışam ki, hərəkətlərim və davranışlarımla heç kəsin xətrinə dəyəcək bir şeylər etməyim. İndiki müraciətimin də kimlərinsə əhvalını pozmasını istəməzdim.Bu yaxınlarda yaxınlarımdan mənə daxil olan məlumata görə, gecə saatlarında sosial şəbəkə istifadəçilərindən bir nəfər mənim vəziyyətimin kritik hala düşdüyünü və Müalicə Müəssisəsinə təcili aparılmağımla bağlı həqiqətə uyğun olmayan status paylaşmışdır. Bu məlumat mənim atamın və yaxınlarımın ciddi narahatlığına səbəb olmuşdur. Hesab edirəm ki, hər kəs həm etdiyi hərəkət, həm yazdığı yazının məsuliyyətini özü daşımalıdır. Lakin insanların hissiyyatı hər zaman nəzərə alınmalıdır. Bir məsələni də qeyd etmək istərdim ki, mən də nə doğma qardaşım Emin, nə məni istəyən və yaxud istəməyən insanların elədiklərinə görə məsuliyyət daşımıram. Məni istəyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, ayaqdayam, qida qəbul edirəm, aclıq aksiyasından sonra bərpa olunuram. Barəmdə aparılan cinayət işinin ədalətli olacağını gözləyirəm. Əvvəlcədən sizə mənim müraciətimi yaydığınıza görə, öz minnətdarlığımı bildirirəm”.BAKU.WS

Oxşar xəbərlər

Mehman Hüseynovun həbsxanadan son görüntüsü - FOTO

Mehman Hüseynovun həbsxanadan son görüntüsü - FOTO

Aclıq aksiyası etdiyi deyilən bloqer Mehman Hüseynovun son görüntüsü yayılıb.BAKU.WS xəbər verir ki, hüquqşünas S.Məmmədov sosial şəbəkədə M.Hüseynovla birgə fo...

4656 Hadisə 14:49 08 yanvar 2019

Son xəbərlər