Bir gecədə hər şey məhv oldu: Xaçmaz sakini fəryad edir
Aprelin 6-da yağan leysan Xaçmaz rayonunun Qaracəlli kəndində bir sıra fəsadlara yol açıb.
Kənd sakini Mais Daşdəmirov Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, güclü yağışlar və Alpan çayının daşması nəticəsində evinə ciddi ziyan dəyib və tikili qəzalı vəziyyətə düşüb.
"Evin içi bir metrə qədər su ilə dolmuşdu, əşyalarımız - soyuducu, televizor, paltaryuyan xarab oldu. Ev təxminən 30-40 santimetr çökdüyü üçün qapı-pəncərələr bağlanmır, divarlar uçur. Nümayəndələr gəlib şəkillər çəkdilər, burada qalmağın təhlükəli olduğunu bildirib çıxmağımızı məsləhət gördülər. Fövqəladə Hallar Nazirliyi həyətdə çadır qursa da, xəstə olduğum üçün rütubətli yerdə qala bilmirəm, hazırda kirayədə yaşayırıq. Ailəmiz dörd nəfərdən ibarətdir, iki oğlum hərbi xidmətdədir. Dəfələrlə aidiyyəti qurumlara zəng etsəm də, rəsmi bir akt tərtib olunmayıb", - Mais Daşdəmirov söyləyib.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cari ilin yaz aylarında Xaçmaz rayonunda müşahidə olunan güclü leysan yağışları və sel suları nəticəsində ziyan çəkmiş fərdi yaşayış evlərinə texniki baxışın keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin 25 may 2026-cı il tarixli məktubuna uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən olunan müvafiq müddətdə və qaydada Xaçmaz Rayon İcra Hakimiyyətinin təqdim etdiyi siyahı üzrə qəzalı evlərə yerində baxış keçiriləcək və müvafiq tədbirlərin görülməsi təmin ediləcək.
Oxşar xəbərlər
"Nəqliyyat Təlim Mərkəzi"nə yeni direktor TƏYİN EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus "Nəqliyyat Təlim Mərkəzi" MMC-yə yeni direktor təyin edil...