Binəqədidə yol bərbad vəziyyətdədir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayon sakinləri ərazidəki bərbad halda olan yolun düzəldilməməsindən narazıdırlar.
BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a orada yaşayan vətəndaşlar bildiriblər.
Qeyd olunub ki, rayonun Binəqədi qəsəbəsi Ağamirək İsfahani küçəsi, döngə 3-də yol bərbad vəziyyətdədir:
“Bu barədə dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etsək də bizə cavab verməyiblər”.
Sakinlərin müraciəti ilə bağlı Binəqədi RİH ilə əlaqə saxladıq.
Qurumdan bildirilib ki, məsələnin həll edilməsi məqsədilə RİH tərəfindən aidiyyəti quruma rəsmi müraciət edilib:
“Məlumat üçün qeyd edək ki, qəsəbəyə asfalt örtüyünün çəkilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müəyyən edilmiş tədbirlər proqramına əlavə edilib. Tədbirlər Planına uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək”.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...