Biləcəriyə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 3 oktyabr tarixində Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində təmir-təftiş işləri aparılacaq.
BAKU.WS bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar saat 10:00-dan saat 16:00-dək Biləcəri qəsəbəsinin bəzi hissələrində, Söyüdlər adlanan ərazidə və yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Qarabağda "Yüksəliş" müsabiqəsi qaliblərinin forumu keçiriləcək
Bu ilin sonuna qədər Qarabağda "Yüksəliş" müsabiqəsinin qaliblərinin forumunun keçirilməsi planlaşdırılır. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu gəncl...