Biləcərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
Mayın 17-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq "ETK-4" yarımstansiyasında ikinci Paylayıcı Qurğuda (PQ) yenidənqurma və təmir-təftiş işləri aparılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar saat 01:00-dan 04:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış massivləri, Biləcəri qəsəbəsi Məmədoğlular, M.Aslanov, 10 May küçələri, eləcə də DSK yolu adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Misir və Azərbaycan arasında vizasız rejim tətbiq olunacaq?
"Biz artıq Azərbaycan vətəndaşları üçün təkcə Şarm-əş-Şeyxə səfərlər zamanı yox, demək olar ki, Misirin bütün ərazisinə gəliş zamanı viza almaq imkanını tətbiq...