Bəzi özəl bağçalar aylıq 7000 manat TƏLƏB EDİR

"Hər binanın aşağısında məktəbəqədər hazırlıq mərkəzləri olmalıdır".
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, bu barədə "Təhsil haqqında" və "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Siyavuş Novruz deyib.
"Elə olur ki, valideynlərin hər biri işləyir. Binanın aşağısında mağaza, gözəllik salonu açmaq əvəzinə yaşadığı binanın aşağısında daha əlçatan olan məktəbəqədər hazırlıq mərkəzləri yaradılmalıdır ki, valideynlər də rahat olsun. Bir də avtobusa pul verib övladın başqa yerə aparmasın".
Özəl məktəbəqədər hazırlıq mərkəzləri var ki, aylıq 7000 manat pul tələb edir. Mən elə bir mərkəz tanımıram ki, orada 7000-lik təhsil verilsin, eyni zamanda Azərbaycanda kimin o qədər pulu var ki, övladını aylıq 7000 manatlıq məktəbəqədər hazırlıq kurslarına aparsın. Hətta nəzərə alsaq ki, hər evdə bir yox iki belə uşaq da ola bilər".
Oxşar xəbərlər
Bu prospektdə HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ
Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev küçəsindən Babək prospektinin kəsişməsinə qədər olan hissəsində təmir işlərinin davam etdi...
