Beynəlxalq axtarışa verilmiş daha üç nəfər Rusiyadan Azərbaycana ekstradisiya olunub

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Nadirov Qoşqar Cabir oğlu, Rüstəmov Rəşad Aslan oğlu və Məmmədov Tural Bəhram oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Oxşar xəbərlər
Son günlər Azərbaycanda zəlzələlərin artması nədən xəbər verir?
Baku TV-nin "Aktual gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışında Türkiyənin İstanbul şəhərində baş verən son zəlzələ ilə bağ...