BDU-nun mətbuat katibinə VƏZİFƏ VERİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel İsgəndər (Orucəliyeva) vəzifəsindən ayrılıb.
BAKU.WS xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabından paylaşım edib. O qeyd edib ki, bundan sonra karyerasına BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam edəcək.
G.Orucəliyeva bildirib:
"Karyeramın son iki ilini həsr etdiyim Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsindən öz istəyimlə ayrıldım. Maraqlı, məsuliyyətli və məhsuldar təcrübə idi. Bundan sonrakı fəaliyyətimi BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam etdirəcəyəm.
Mənə göstərilən etimada görə Universitet rəhbərliyinə təşəkkür edirəm. Bu işdə məndən dəstəyini əsirgəməyən - müəllimlərimə, iş yoldaşlarıma, həmkar dostlarıma sonsuz minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunacaq həmkarıma uğurlar arzu edirəm!"
Qeyd edək ki, Günel Orucəliyeva Elçin Babayevin müvafiq əmri ilə 2020-ci ildən universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, hazırda bu vəzifəyə təyinat yoxdur.
Oxşar xəbərlər
Universitetlərdə "Buster" doza tələb olunur? - RƏSMİ CAVAB
Bildiyimiz kimi, verilən qərara əsasən, “Buster” doza peyvənd vurdurmayan yaşı 18-dən yuxarı olan şəxslərin fevral ayının 15-dən şənlik və toy mərasimlərinə, me...