BDU-nun 10-dan çox qrupu distant təhsilə keçib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Dövlət Universitetinin (BDU) ümumilikdə 11 qrupu COVID-19 virusuna görə distant təhsilə keçib.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva məlumat verib.
O bildirib ki, həmin qruplar Kimya, Fizika və Hüquq fakültələrindədir.
"İki həftəlik karantin müddəti başa çatdıqdan sonra həmin qruplar yenidən əyani tədrisə keçəcək. Müəllimlər arasında isə koronavirusa yoluxma halı baş verməyib", - deyə Günel Orucəliyeva əlavə edib.
BDU-da təhsil alan xarici tələbələrin əyani tədrisə cəlb olunmasına gəlincə isə qurum rəsmisi qeyd edib ki, bütün xarici tələbələr ölkəyə gəlib:
"Koronavirus pandemiyası səbəbindən Azərbaycana gələ bilməyən xarici tələbəmiz yoxdur", - deyə o bildirib.
Oxşar xəbərlər
İmtahanlarda kimlərə güzəşt ediləcək? Onlayn təhsilin qiymətləndirmə müəmması
Pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsa da onlayn təhsil davam etdiyindən həm orta, həmçinin də ali təhsildə şagird və tələbələrin bil...