Bazar günü HAVA necə olacaq? - PROQNOZ

Bazar günü HAVA necə olacaq? - PROQNOZ
Sosial 14

İyulun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz olacaq.

Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

İyulun 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İyulun 11-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

İyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, c...

7 Sosial 12:09 04 iyul 2021

Son xəbərlər