Bağlanmış "Təfəkkür" Universitetinin tələbələri digər universitetlərə köçürülür

Bağlanmış Təfəkkür Universitetinin tələbələri digər universitetlərə köçürülür
Sosial 1580
 

Təhsil Nazirliyi fəaliyyəti dayandırılan "Təfəkkür” Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı məlumat açıqlayıb.

BAKU.WS-in məlumatına görə, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, digər ali təhsil müəssisələri kimi, "Təfəkkür” Universitetində təhsil alan tələbələrin də başqa universitetlərə köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə fərdi qaydada həyata keçirilir.

Qeyd olunub ki, "Təfəkkür” Universitetinin tələbələri qeydiyyat zamanı yaranan suallarla bağlı Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə və  Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt” xidməti, telefon: 146) müraciət edə bilərlər. Universitetin tələbələrinə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz köçürülməsi üçün lazımi şərait yaradılıb. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçir. Bunun üçün təhsil alanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

BAKU.WS

Oxşar xəbərlər

Bu il 233 tələbə köçürülüb

Bu il 233 tələbə köçürülüb

Bu il 233 nəfər tələbə elektron qaydada seçdiyi ali təhsil müəssisəsinə köçürülüb. BAKU.WS xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə,...

1196 Sosial 15:02 22 mart 2017

Son xəbərlər