QƏRAR: "Qafqaz"ın tələbələri bu universitetə köçürüləcək

QƏRAR: Qafqazın tələbələri bu universitetə köçürüləcək
Sosial 1851

Yanvarın 30-da Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib. Kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub.

BAKU.WS xəbər verir ki, müzakirələr nəticəsində irəli sürülmüş bir neçə təklif arasında qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə - Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib. Qərarda, həmçinin tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da vurğulanır.

Sözügedən təklifin qəbul olunması zamanı Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti nəzərə alınıb.

Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarda digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyən tələbələrin müraciətlərinə yay tətili zamanı baxılacağı da qeyd olunur.

 

Aynur Ələkbərova

BAKU.WS

Oxşar xəbərlər

"Qafqaz"ın 700 bal toplayan tələbələri: "Köçürülmək istəmirik"

"Qafqaz"ın 700 bal toplayan tələbələri: "Köçürülmək istəmirik"

Fəaliyyəti dayandırılan Qafqaz Universitetinin tələbələrinin hansı ali təhsil müəssisələrinə köçürüləcəyi dəqiq bilinmir. Tələbələrin köçürülməsi ilə bağlı Təhs...

1983 Sosial 13:15 27 yanvar 2017

Son xəbərlər