Bağlanan Bakı İslam Universitetinin tələbələrinin aqibəti məlum oldu

24
sen
2018
17:11
Nazirlər Kabineti tərəfindən Dövlət İmtahan Mərkəzinə Bakı İslam Universiеetinin I kursunda təhsil alan tələbələrin başqa ali məktəblərə yerləşdirilməsi üçün müraciət edilib.BAKU.WS xəbər verir ki, bunu DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Trend-ə açıqlamasında deyib.X.Xanlarzadənin sözlərinə görə, hazırda Bakı İslam Universiеetinin I kursunda təhsil alan tələbələrin digər ali məktəblərin boş qalan ixtisaslarına yerləşdirilməsi prosesi aparılır. Tələbələrin yerləşdirilməsi zamanı onların ali məktəblərə qəbul imtahanlarında topladığı ballar nəzərə alınır.DİM rəsmisi Bakı İslam Universitetinin I kursunda hazırda 139 tələbənin təhsil aldığını deyib.Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidməti Bakı İslam Universitetinin bağlanması barədə məlumat yayıb.BAKU.WS
Oxşar xəbərlər
Bakı Slavyan Universitetinin rektoru qovulan tələbələrlə bağlı açıqlama verdi
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bu universitetdə təhsil alan əcnəbi tələbələrin xaric edilməsi barədə yayılan məlumatlara münasibət bildiri...
