Bakının mərkəzi küçələrində son vəziyyət (FOTO)

Bakının mərkəzi küçələrində son vəziyyət (FOTO)
Sosial 1212

 

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın əksər küçə və prospektində, o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində, Həsən Əliyev, A.Bakıxanov, A.M.Şərifzadə, A.Salamzadə, H.Seyidzadə küçələrində, 20 yanvar və Qələbə dairələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, küçə və prospektlərdə yolun hərəkət hissəsi qar və buzla örtüldüyündən səhər saatlarında sərnişin avtobuslarının hərəkətində də çətinliklər yaranıb. 

BNA mövcud vəziyyətin aradan qaldırılması və yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq qurumlarla birgə iş aparır.

Məlumat üçün onu da qeyd edək ki, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət daha 20 km/saat endirilib.

Bir daha sürücülərə sükan arxasında ehtiyatlı olmalarını və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Yollarda sürət həddi azaldıldı

Yollarda sürət həddi azaldıldı

Heydər Əliyev prospekti və Zığ dairəsindən aeroport istiqamətində sürət həddi aşağı salınıb. BAKU.WS-in xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin ic...

1363 Sosial 15:19 16 fevral 2017

Son xəbərlər