Yollarda sürət həddi azaldıldı

Yollarda sürət həddi azaldıldı
Sosial 1363
 

Heydər Əliyev prospekti və Zığ dairəsindən aeroport istiqamətində sürət həddi aşağı salınıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev AZƏRTAC-a məlumat verib.

O bildirib ki, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə bağlı olaraq yolun hərəkət hissəsi sürüşkən olduğundan, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət saatda 20 kilometr endirilib.

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Paytaxtda sürət həddi azaldılıb

Paytaxtda sürət həddi azaldılıb

Paytaxt yollarında sürət həddi azaldılıb. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, paytaxtda müşahidə edilən faktiki hava şəraitinə uyğun me...

898 Sosial 17:49 13 fevral 2017

Son xəbərlər