"BakıKart"larda YENİLİK

BakıKartlarda YENİLİK
Sosial 14558

Bank kartlarının sahibləri "BakıKart" nəqliyyat kartlarına gedişi onlayn formada yükləyə biləcəklər.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbədən məlumat verilib. Məlumata görə, hazırda bu xidmət korporativ müştərilər üçün mövcuddur.

Hazırda bu xidmətin bütün müştərilərə şamil olunması üçün işlər davam etdirilir.

Qeyd edək ki, "BakıKart" Bakı Metropolitenində və sərnişin avtobuslarında gediş haqqını ödəmək üçün istifadə olunur.

"BakıKart"ların alınması və yüklənməsi "BakıKart" və "MilliÖN" terminallarında mümkündür. Kartın qiyməti 2 manat təşkil edir.

Bundan başqa, ictimai nəqliyyatdan az istifadə edən Bakı sakinləri və paytaxtın qonaqları üçün məhdud istifadəli "BakıKart"lar nəzərdə tutulub ki, onların qiyməti 0,2 manat təşkil edir. Bu kartlara yalnız 4 gediş yükləmək olar. Bir gedişin qiyməti də 0,2 manat təşkil edir.

BAKU.WS

Oxşar xəbərlər

Əhaliyə şad xəbər: "BakıKart"a pul yükləmək asanlaşır

Əhaliyə şad xəbər: "BakıKart"a pul yükləmək asanlaşır

Azərbaycanda ictimai nəqliyyatda gediş haqqını ödəmək üçün "BakıKart" kartlarını internet vasitəsilə yükləmək mümkün olacaq. BAKU.WS-in məlumatına görə, bu bar...

4574 Sosial 12:52 17 avqust 2016

Son xəbərlər