Bakının mərkəzində asfaltda deşik yarandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nəsimi rayonunda yol deformasiyaya uğrayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlərdən biri məlumat verib.
Vətəndaş iddia edir ki, Nəsimi rayonu ərazisində keçmiş “Təzə bazarın” arxasındakı küçədə asfalt örtüyünün dağılması piyadaların hərəkəti üçün təhlükə yaradıb:
“Küçə illərdir bərbad vəziyyətdədir. Əraziyə baxılmır, bir gün kimsə ehtiyatsızlıqdan düşərək xəsarət alacaq. Çuxur hər dəfə böyüyür və daha da təhlükəli hal alır”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, fotodan da göründüyü kimi yolda yaranan dəliyin yanında kommunikasiya xəttinin baxış qapağı var:
“Çox güman ki, həmin kommunikasiya xəttində olan problem bu cür dəliyin yaranmasına səbəb olub. Adiyyəti üzrə məlumat verilib, əraziyə əməkdaşlar cəlb olunacaq və qısa müddət ərzində problemin baş vermə səbəbi müəyyən edilərək aradan qaldırılacaq. Eyni zamanda yolun asfalt-beton örtüyü bərpa ediləcək”.
Qalereya
Oxşar xəbərlər
Respublika yollarındakı hazırkı vəziyyət AÇIQLANDI
Bu gün Azərbaycan yollarında vəziyyətlə bağlı rəsmi açıqlama verilib. Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar...