Respublika yollarındakı hazırkı vəziyyət AÇIQLANDI
Bu gün Azərbaycan yollarında vəziyyətlə bağlı rəsmi açıqlama verilib.
Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin BAKU.WS-ə verdiyi məlumata görə, hazırda yolların əksəriyyətində hərəkət var.
Hava şəraiti ilə əlaqədar olaraq əsas avtomobil yollarının vəziyyətini təqdim edirik:
Yolun adı (istiqamətlə) | Mövcud vəziyyəti |
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi | Hal-hazırda marşrut boyu zəif qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 4 dərəcə şaxta var. Nəqliyyatın hərəkəti təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara duz-qum səpilərək nəqliyyatın hərəkəti təmin olunur. Xınalıq istiqamətində yol boyu qar yağır, 8 dərəcə şaxta var. Yolun 35-37 km hissələrində 0.6-1 metr arası qar var və bu qarın yoldan təmizlənməsi üzrə işlər yekunlaşmaq üzrədir. |
Giləzi-Xızı | Marşrut boyu zəif qar yağır, 5 dərəcə şaxta var. Gün ərzində yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər aparılmış, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. |
Bakı-Qobustan | Yağıntı yoxdur, güclü külək var. Şaxta 1-2 dərəcə təşkil edir. Yolun 35-45 km hissəsində buzlaşma əmələ gəlmiş, hazırda bu hissədə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. |
Qobustan-Şamaxı-Muğanlı | Şamaxı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
Muğanlı-Ağsu-Yevlax | Yolun Muğanlı-Ağsu-Göyçay hissəsinə zəif qar yağır, yolda qar yoxdur, Ağsu dolaylarında 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
Bakı-Ələt-Hacıqabul | Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
Hacıqabul-Ucar-Yevlax | Hacıqabul rayonu ərazisindən keçən hissədə yağış, Ucar və Yevlax rayonu keçən ərazilərdə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır. |
Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi | Yolun Tovuz-Qazax hissəsində sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
Muğanlı-İsmayıllı | Qar yağır, 2-3 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 20-25 sm arasında dəyişir. Gün ərzində yol qardan təmizlənmiş, buz bağlamış sahələrinə, əsasən də meşə zolağından keçən hissələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
İsmayıllı-Qəbələ-Oğuz-Şəki | Qar yağır, İsmayıllı-Qəbələ rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 10-25 sm arasında dəyişir. Gün ərzində yol qardan təmizlənmiş, buz bağlamış sahələrinə, eləcə də körpülərə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
Şəki-Qax-Zaqatala- Gürcüstan Respublikası ilə dövlət sərhəd | Zəif qar yağır, yolda qar yoxdur, Şəki və Qax rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
Yevlax-Şəki (Göybulaq) | Şəki rayonu ərazisində zəif qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
Gəncə-Daşkəsən-Xoşbulaq | Marşrut boyu qar yağır. 5-6 dərəcə şaxta var. Yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. |
Şəmkir-Gədəbəy | Marşrut boyu qar yağır, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. |
Ələt-Astara-İran İslam Resp. ilə dövlət sərhədi | Yolun Lənkəran-Astara hissəsinə sulu qar və qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
Masallı-Yardımlı | Qar yağır, şaxta yoxdur. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
Lənkəran-Lerik | Qar yağır, Lerik rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
Hacıqabul-Bəhramtəpə-Horadiz | Yağış və sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
Oxşar xəbərlər
Respublika yollarındakı hazırkı vəziyyət AÇIQLANDI – 15 dərəcə şaxta olub
Bu gün Azərbaycan yollarında vəziyyətlə bağlı rəsmi açıqlama verilib. Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar...