Respublika yollarındakı hazırkı vəziyyət AÇIQLANDI – 15 dərəcə şaxta olub
Bu gün Azərbaycan yollarında vəziyyətlə bağlı rəsmi açıqlama verilib.
Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin BAKU.WS-ə verdiyi məlumata görə, hazırda yolların əksəriyyətində hərəkət var.
Hava şəraiti ilə əlaqədar olaraq əsas avtomobil yollarının vəziyyətini təqdim edirik:
Yolun adı (istiqamətlə) | Mövcud vəziyyəti | |
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi | Hal-hazırda marşrut boyu qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 8 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara duz-qum səpilir. Xınalıq istiqamətində yol boyu qar yağır, səhər saatlarından 15 dərəcə şaxta var. Yol boyu hərəkətin təmin olunması məqsədilə yolun hərəkət hissəsindən qar təmizlənir və nəqliyyatın hərəkəti təmin olunur. | |
Giləzi-Xızı | Marşrut boyu əraziyə qar yağır, 5-8 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər, qardan təmizləmə, həmçinin tələb olunan yerlərə duz-qum qarışığı səpilmə işləri həyata keçirilir. | |
Bakı-Qobustan | Güclü küləklə müşayiət olunan qar yağır, Qobustan rayonu ərazisində 10-12 sm qar var, şaxta 4-5 dərəcə təşkil edir. Yolun 90-109 km hissəsində buzlaşma əmələ gəlmişdir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. | |
Qobustan-Şamaxı-Muğanlı | Qar yağır, İsmayıllı rayonu ərazisində 15-20 sm qar var. Şaxta 2-3 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. | |
Muğanlı-Ağsu-Yevlax | Qar yağır, Yolun Muğanlı-Ağsu hissəsində 5-6 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Muğanlı ərazisində 2-3 dərəcə şaxta var. | |
Bakı-Ələt-Hacıqabul | Yolun Bakı-Ələt hissəsində zəif çisgin var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. | |
Hacıqabul-Ucar-Yevlax | Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. | |
Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi | Yolun Gəncə-Qazax hissəsində qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. | |
Muğanlı-İsmayıllı | Qar yağır, qarın qalınlığı 15-20 sm arasında dəyişir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. 3-4 dərəcə şaxta var. Yolda maillik çox olan yerlərdə, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir. | |
İsmayıllı-Qəbələ-Oğuz-Şəki | Marşrut boyu qar yağır, İsmayıllı və Qəbələ rayonları ərazisinə 3-4 dərəcə şaxta, 10-20 sm qar, Oğuz və Şəki rayonları ərazisində 4-5 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. | |
Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhəd | Qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Şaxta yoxdur. | |
Yevlax-Şəki (Göybulaq) | Şəki rayonu ərazisində qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. | |
Gəncə-Daşkəsən-Xoşbulaq | Daşkəsən rayonu ərazisinə möhkəm qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 7-8 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur. | |
Şəmkir-Gədəbəy | Marşrut boyu əraziyə qar yağır, 3-4 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər, qardan təmizləmə, həmçinin tələb olunan yerlərə duz-qum qarışığı səpilmə işləri həyata keçirilir. | |
Ələt-Astara-İran İslam Resp. ilə dövlət sərhədi | Sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır. | |
Masallı-Yardımlı | Yardımlı rayonu ərazisinə qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. | |
Lənkəran-Lerik | Lerik rayonu ərazisinə qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur. | |
Hacıqabul-Bəhramtəpə-Horadiz | Sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır | |
Oxşar xəbərlər
Respublika yollarındakı hazırkı vəziyyət AÇIQLANDI
Bu gün Azərbaycan yollarında vəziyyətlə bağlı rəsmi açıqlama verilib. Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar...