Bakının bu rayonunda 6 saat işıq olmayacaq
13
fev
2026
10:56
Fevral ayının 13-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində planlı təmir və yenidənqurma tədbirlərinin icrası nəzərdə tutulub.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, aparılacaq texniki işlərlə bağlı saat 10:30-dan 16:30-a qədər Buzovna qəsəbəsinin Abşeron küçəsində enerji təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Təmir-bərpa prosesi başa çatdıqdan sonra həmin ərazinin elektrik enerjisi ilə təchizatı daha keyfiyyətli və dayanıqlı səviyyədə təmin ediləcək.
Oxşar xəbərlər
Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
Bu gün Bakının mərkəzində QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanımın milli baş örtüyü – kəlağayı ilə gəzinti-yürüşü keçirilib. BAKU.WS report-a...