Bakının bu küçə və prospektlərində sıxlıq var - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
"Gecə saatlarından davam edən yağışla əlaqədar bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Hazırda qeyd olunan küçə və prospektlərdə sıxlıq müşahidə olunur".
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
"Hazırda qeyd olunan küçə və prospektlərdə sıxlıq müşahidə olunur:
H.Əliyev prospekti şəhər mərkəzi istiqaməti kənar yol,
Q.Qarayev prospekti,
H.Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqaməti,
Z.Bünyadov küçəsi - 20 Yanvar dairəsi istiqaməti,
Ü.Hacıbəyov küçəsi,
Ə.Yaqubov küçəsi - Bayıl dairəsi,
A.Şərifzadə küçəsi, M.Füzuli küçəsi.
Yollardakı mövcud vəziyyət səbəbindən hazırda bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında gecikmələr var", - deyə o qeyd edib.
Qalereya
Oxşar xəbərlər
SON DƏQİQƏ: Bakının əksər küçə və prospektlərində tıxac yaranıb - FOTO
Axşam pik saatı olduğundan Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə olunur. Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub...