Bakının böyük hissəsində su olmayacaq - SƏBƏB

30
iyn
2022
09:38
İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı azalıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.
Məlumatda deyilir ki, bununla əlaqədar Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən su alan kəndlərinə, həmçinin Bakının Qaradağ rayonuna, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
Oxşar xəbərlər
Kürdə bulanıqlıq kəskin artdı, bir neçə şəhər və rayona verilən su kəsiləcək
Azərbaycanın bir sıra şəhər və rayonlarına içməli suyun verilişində məhdudiyyətlər olacaq. BAKU.WS "Azərsu" ASC-nin yaydığı məlumata görə, intensiv yağıntılar s...
