Bakıdan dayandırılan uçuşların sayı artdı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya hesab etdiyi koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmaması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” QSC (AZAL) və əcnəbi aviaşirkətlər bir sıra istiqamətlər üzrə uçuşları müvəqqəti dayandırır.
Bu barədə BAKU.WS-ə AZAL-dan bildirilib.
Məlumata görə, həmin istiqamətlər aşağıdakılardır:
16 mart tarixindən etibarən AZAL və Özbəkistan hava yolları vasitəsilə Bakı-Daşkənd-Bakı;- 16 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Lvov-Bakı;- 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Dubay-Bakı;- 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Kazan-Bakı, Bakı-Minvodı-Bakı, Bakı-Ufa-Bakı;- 24 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı;- 17 mart tarixindən etibarən Qatar hava yolları vasitəsilə Bakı-Doha-Bakı;- 17 mart tarixindən etibarən Air Arabia, Ethiad, Fly Dubai vasitəsilə Abu-Dabi-Bakı-Abu-Dabi, Dubay-Bakı-Dubay, Şarja-Bakı-Şarja;- 17 mart tarixindən etibarən S7 hava yolları vasitəsilə Novosibirsk-Bakı-Novosibirsk;- 17 mart tarixindən etibarən UralAirlines vasitəsilə Yekaterinburq-Bakı-Yekaterinburq;- 18 mart tarixindən etibarən İrAero hava yolları vasitəsilə Krasnoyarsk-Bakı-Krasnoyarsk;- 17 mart tarixindən etibarən Utair hava yolları vasitəsilə Surqut-Bakı-Surqut.
Oxşar xəbərlər
Dünya azərbaycanlılarından koronavirusla bağlı nümunəvi addım - FOTO
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədb...