Bakıda yeni parkın abadlaşdırılmasına ayrılan vəsait açıqlanıb
Bakının Yasamal rayonunda Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırılmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin elan etdiyi satınalma başa çatıb.
"Vest LTD" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanan müqaviləyə əsasən, Mərkəzi parkın davamı və ətraf ərazilərin abadlaşdırılmasına 37 milyon 230 min manat sərf olunacaq.
Görüləcək işlər çərçivəsində ümumi sahəsi 36 min 658 kubmetr təşkil edən binaların uçurulma metodu ilə sökülməsi (kərpic, isidilən binaların) nəzərdə tutulur.
Oxşar xəbərlər
Sabah Bakıda 31° isti olacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmur...