Bakıda və bu rayonlarda külək güclənəcək - SARI XƏBƏRDARLIQ
Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
Şabran, Xaçmaz, Siyəzən, Xızı, Salyan, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.
Oxşar xəbərlər
Nəriman Həsənzadə ilə vida mərasiminin vaxtı AÇIQLANDI
Vəfat edən Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasiminin vaxtı açıqlanıb. Bu barədə BAKU.WS-ə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, N.Həs...