Bakıda sürücüləri təhükəyə sövq edən tunellə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bakıda sürücüləri təhükəyə sövq edən tunellə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Video
Sosial 1

Bakıda avtomobillərin hərəkəti üçün nəzərdə tutulan tuneldə yaranan təhlükəli vəziyyətlə bağlı Azərbaycan Dəmir Yolları QSC açıqlama verib.

Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2018-ci il tarixli, 3767 saylı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı-Sumqayıt dairəvi dəmir yolunda dəmir yolunun avtomobil yolu ilə kəsişmələrində mövcud olan eyni səviyyəli keçidlər müxtəlif səviyyəli keçidlərlə əvəz olunub:

"Belə ki, sözügedən tras boyu nəqliyyatın və insanların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ümimilikdə 37 yerdə müasir tipli müxtəlif səviyyəli keçidlər tikilərək istifadəyə verilib. Bunlardan 12-si tunel tipli yeraltı avtomobil keçidləri, 25 ədədi isə piyadaların istifadəsi üçün inşa edilib ki, bunlardan da 18 ədədi yerüstü, 7 ədədi isə yeraltı piyada keçdiləridir.

Qeyd olunan yeraltı avtomobil keçidlərinin hamısında qurunt sularının kənarlaşdırılması üçün nasosxana quraşdırılıb.

Videodakı Sabunçu qəsəbəsi Əmir Bağırov küçəsinə keçən yeraltı avtomobil keçidi müvafiq tədbirlər planı çərçivəsində inşa olunub.

Həmin yeraltı avtomobil keçidində qurunt sularının yığılmasına səbəb yağış barmaqlıqlarının aidiyyəti qurumlar tərəfindən vaxtı-vaxtında təmizlənməməsidir".

***09:45

Bakıda avtomobillərin hərəkəti üçün nəzərdə tutulan tunellərin birində təhlükəli vəziyyət yaranıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə yerli sakinlər məlumat verib.

Söhbət Sabunçu rayonu, Əmirulla Əliyev küçəsində yerləşən tuneldən gedir.

Belə ki, tunelə yığılan su sürücüləri əks yola çıxaraq hərəkət etmək məcburiyyətində buraxır. Sürücülər 3 aydır ki, anoloji probelmlə üzləşiblər.

Görüntüləri olduğu kimi təqdim edirik:

Son xəbərlər