Bakıda piyadalar üçün dərs: Polis ölüm anlarını göstərdi

Paytaxtın Nizami rayonunda polis əməkdaşları keçidlərdən istifadə etməyən vətəndaşlara piyadaların həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisələrinin real görüntülərini nümayiş etdiriblər.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları paytaxtın Qara Qarayev prospektində və ətraf küçələrdə maarifləndirici tədbir keçiriblər.
Tədbir zamanı yeraltı keçidlərdən və piyada zolaqlarından istifadə etməyən şəxslərə xəbərdarlıq olunub, qaydalara əməl etməyin vacibliyi izah olunub. Söhbətlər zamanı piyadaların iştirakı və ölüm faktı ilə nəticələnmiş qəzaların real görüntüləri nümayiş etdirilib.
Vətəndaşlara bildirilib ki, belə faciələrin qarşısını almağın yeganə yolu müəyyən olunmuş keçidlərdən istifadə etmək və yol hərəkəti qaydalarına riayət etməkdir.
Paytaxt ərazisində bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Həkimlər xəbərdarlıq etdi: Siqaret sümükləri zəiflədir
Həkimlər bildirirlər ki, siqaret çəkmək sümüklərin sağlamlığına ciddi zərər verir və osteoporoz riskini artırır. Bunu nəzərə alaraq, mütəxəssislər insanların si...
