Bakıda insanları ən çox öldürən ilk ÜÇ XƏSTƏLİK

Bakıda insanları ən çox öldürən ilk ÜÇ XƏSTƏLİK
Sosial 186

Bakı şəhərində yaşayan əhalinin ölüm səbəbləri sırasında hansı əsas xəstəliklərin yer aldığı açıqlanıb.

BAKU.WS modern.az-a istinadən xəbər verir ki, ölüm səbəbləri sırasanda ilk yerdə yenitörəmələr (xərçəng şişləri) gəlir.

Ölüm səbəbləri arasında 2-ci yer qan dövranı sisteminin (ürək-damar) xəstəliklərinə aiddir.

İlk "3-lük"də sinir sisteminin xəstəlikləri də yer alır.

Ümumiyyətlə paytaxtda yaşayan insanların ölümünə səbəb olan əsas xəstəliklər belə sıralanıb:

1. Yenitörəmələr (xərçəng şişləri)

2. Qan dövranı sisteminin (ürək-damar) xəstəlikləri

3. Sinir sisteminin xəstəlikləri

4. Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsiri

5. Həzm sisteminin xəstəlikləri

6. Tənəffüs sisteminin xəstəlikləri

7. Bəzi infeksion və parazitar xəstəliklər

8. Perinatal dövrdə meydana çıxan bəzi hallar

9. Sidik-cinsiyyət sisteminin xəstəlikləri

10. Klinik və laborator müayinələrdə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalar

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 14172 ölüm halı qeydə alınıb. Rəsmi statistikaya görə, bir il ərzində Bakıda 15 minə yazın ölüm halı baş verir.

Oxşar xəbərlər

İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər

İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər

İcarəyə verilən avtomobillər üçün icbari sığorta haqqının artırıla bilər. BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, şəxsi məqsədlərlə istifadə olunan av...

30 Sosial 23:50 04 aprel 2026

Son xəbərlər