Bakıda iki küçəyə Məmmədbağır Bağırzadənin adı verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda iki küçəyə Xalq artisti Məmmədbağır Bağırzadənin adı verilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Teleqraf"a Xalq artistinin oğlu, müğənni Rahim Bağırzadə məlumat verib.
"Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nazirlər Kabinetinin göstərişi ilə atamın doğulduğu Nardaran kəndində küçələrin birinə onun adı verilib. Həmin küçədə 99 ev yerləşir.
Digər küçə isə Maştağadadır. Qəsəbə sakinlərinin şəxsi imzaları ilə toplanmış müraciət bələdiyyə tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim olunub və nəticədə bir küçəyə Məmmədbağır Bağızadənin adı verilib", - deyə o bildirib.
Qeyd edək ki, bu gün Məmmədbağır Bağırzadənin vəfatından 20 il ötür. O, 55 yaşında dünyasını dəyişib.
Oxşar xəbərlər
Bir sıra ərazilər qazsız qalacaq
Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəq...