Bakıda havada tozun miqdarı artıb
27
noy
2023
11:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gecə saatlarından başlayaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində Bakı şəhəri və Abşeron yarımadasında havada toz müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən havada tozun miqdarı 1.5 dəfə normadan yüksək müəyyən edilib.
Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir və gün ərzində davam edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Tozlu hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ
Son iki gün ərzində Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata...