Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Yaxın günlərdə Bakıda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.
BAKU.WS-in hava proqonozları dərc edən saytlara istinadən xəbər verir ki, 5 fevralda paytaxtda qar yağması, temperaturun isə 0 dərəcəyə qədər enməsi gözlənilir.
Məlumata görə, həftənin əvvəlində hava nisbətən mülayim keçsə də, 5-6 fevral tarixlərində soyuq hava kütlələrinin təsiri ilə temperatur tədricən azalacaq. Gecə saatlarında temperatur -1 dərəcəyədək, gündüz isə 0–2 dərəcə civarında olacaq.
Havanın rütubətinin yüksək olması və küləyin sürətinin artması yollarda sürüşkənlik riskini yüksəldəcək. Xüsusilə səhər və axşam saatlarında buzlanma ehtimalı var.
7 fevralda qarın yağışla əvəzlənəcəyi, lakin sərin havanın davam edəcəyi bildirilir. Həftəsonuna doğru temperaturun yenidən bir qədər yüksələcəyi proqnozlaşdırılır.
Oxşar xəbərlər
Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi"
Ağstafada məktəb müəllimləri arasında əlbəyaxa dava baş verib. Hadisə Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə qeydə alınıb. BAKU.WS Baku TV-yə istina...