Bakıda dördəm dünyaya gəlib
06
noy
2019
23:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yaşayan Qadadovlar ailəsində dördəm dünyaya gəlib.BAKU.WS xezerxeber.az-a istinadən xəbər verir ki, uşaqlardan 1-i oğlan, 3-ü isə qız övladıdır.Keçən il ailə quran cütlük valideyn olmaq hissini yaşayırlar. Uşaqların vəziyyəti qənaətbəxşdir.Uşaqların valideynlərinin sözlərinə görə, övladlarının dördəm olacağını biləndə təəccüb hissi keçiriblər.Uşaqların anası Reyhan Qadadova deyib ki, artıq indidən uşaqları səhv salır. Körpələrə verilən adlarının isə maraqlı və bir o qədər də duyğusal tarixcəsi var.Dördəmlərin babasının sözlərinə görə, bu körpələrlə birlikdə nəvələrinin sayı 14-ə çatıb.Qeyd edək ki, orta statistikaya görə, hər il ölkədə 4-5 dördəm dünyaya gəlir.
Oxşar xəbərlər
Azərbaycanda 64 yaşlı qadın və 70 yaşlı kişinin əkiz övladı dünyaya gəldi - VİDEO
Azərbaycanda maraqlı hadisə qeydə alınıb.BAKU.TV-nin Xəbərlər buraxılışına xəstəxanadan canlı bağlantı ilə qoşulan müxbir İlhamə Kələyeva xəbər verir ki, 40 ild...