Bakıda dördəm dünyaya gəlib
28
may
2019
21:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Uzun illər övlad həsrətində olan Axundovlar ailəsində dördəm dünyaya gəlib.AZƏRTAC xəbər verir ki, Respublika Günü ərəfəsində dünyaya gələn 2-si qız, 2-si oğlan olan körpələr tam sağlamdırlar.Bir dəfəyə 4 övlad sahibi olan gənc ailənin sevincinin həddi-hüdudu yoxdur. Gənc valideynlər övladlarının sağ-salamat doğulduqlarına görə çox xoşbəxtdirlər. Bu gün həyatlarının ən xoşbəxt günü olduğunu deyən Axundovlar, körpələrinin sağlam və xoşbəxt olması üçün əllərindən gələni edəcəklərini bildiriblər.Qeyd edək ki, dördəmlər Bakıda “Caspian International” Hospitalda doğulublar
Oxşar xəbərlər
Azərbaycanda üçəm doğuldu
Azərbaycanda üçəm doğulub.Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Qu...