Azərbaycanda ailənin 10-cu övladı doğuldu - Bir səbəbə görə - VİDEO

Azərbaycanda ailənin 10-cu övladı doğuldu - Bir səbəbə görə - VİDEO
Video
Şou-biznes 6581
Bərdədə yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya gəlib. Uşaqların sayının 10-a çatdırılmasının isə çox maraqlı izahı var. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəlib.Bərdənin Yenidaşkənd kəndində yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya göz açıb. 14 il evli olan bu ailənin indiyədək 4 qız və 5 oğlan övladı olub.Onlar azuşaqlı ailələrə nümunə olmaq üçün belə bir addım atdıqlarını deyirlər. Uşaqların sayının 10-a çatdırılması isə doğma Vətənin adındakı hərflərin sayı ilə bağlıdır. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəliblər.Hələlik körpəyə qoyulacaq adla bağlı qərar verməyiblər.Həkimlər körpənin çəkisinin və səhhətinin normal olduğunu deyirlər.Ailədəki ən böyük uşağın 13 yaşı var.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər