Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşıb

Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşıb
Foto Video
Sosial 229

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yeni piyada keçidinin inşasını yekunlaşdırıb.

BAKU.WS agentliyə istinadən xəbər verir ki, keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3,5 metr, pilləkənlərinin eni 3 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5,8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.

İki giriş-çıxışdan ibarət olan keçiddə lift sistemləri quraşdırılıb, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı qurulub, təhlükəsizlik kameraları quraşdırılıb, keçidin ətrafında abadlaşdırılma işləri görülüb.

Yeni yerüstü piyada keçidi inşa edilən ərazidə piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər

Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər

Suraxanı rayonunun Səttar Bəhlulzadə qəsəbəsində yerləşən 18 evin sakinləri təhlükəli şəraitdə yaşadıqlarını bildirirlər. BAKU.WS Baku TV-yə istinadən xəbər ver...

74 Sosial 23:40 17 sentyabr 2026

Son xəbərlər