Bakıda bu ərazidə vətəndaşlar 3 həftədir susuz qalıb
03
mar
2026
11:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonu ərazisində, A.Rzayev küçəsi 243 ünvanında yaşayan sakinlər üç həftədir içməli sudan məhrum olublar.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, suyun kəsilməsi səbəbindən bir neçə ailə ciddi məişət çətinliyi ilə üzləşib.
Sakinlər iddia edirlər ki, problem qəfil yaranıb və bu müddət ərzində məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, hələlik konkret nəticə yoxdur.
Ərazidə yaşayan ailələr suyu ya qonşu küçələrdən daşımalı olur, ya da əlavə xərc çəkərək sifarişlə alırlar.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...