Mənzilbaşına çatmayan Bakı-Pirşağı-Sumqayıt sürət qatarının sərnişinləri Goradildə düşürdülüblər

Mənzilbaşına çatmayan Bakı-Pirşağı-Sumqayıt sürət qatarının sərnişinləri Goradildə düşürdülüblər
Video
Sosial 673

ADY-dən BAKU.WS-ə verilən məlumata görə, sərnişinlər Goradil platformasında düşürdülüb, Bakı istiqamətinə hərəkət digər qatarla gedişə davam edəcəklər.

***11:01

Bakı-Pirşağı-Sumqayıt qatarı Görədilə aparılır. Sərnişinlərin bu stansiyada düşürüləcəyi elan edilib.

***10.53

Saat 10:10 radələrində Abşeron dairəvi dəmiryol marşrutu üzrə Sumqayıt-Pirşağı sahəsində kontakt şəbəkəsində yaranmış texniki nasazlıq bu istiqamətdə bəzi qatarların hərəkətində gecikmələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, bu barədə ADY açıqlama verib.

Qeyd edilib ki, nazaslığın aradan qaldırılması üçün tədbirlər görülür. Sərnişinlərdən yaranan narahatlığa görə anlayışlı olmalarını xahiş edirik.

***10:38

Bakı-Pirşağı-Sumqayıt sürət qatarı yolda qalıb.

BAKU.WS-in qatarda olan əməkdaşının verdiyi məlumata görə, qatar təxminən 30 dəqiqədir ki dayanıb.

Problemin səbəbi barədə heç bir açıqlama verilmir.

Şahanə Xankişiyeva

Son xəbərlər