Bakı metrosunda son vəziyyət - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Metropolitenində koronavirusla bağlı profilaktik tədbirlər davam etdirilir.
BAKU.WS AzTV-yə istinadla xəbər verir ki, bu çərçivədə stansiyalar və qatarlar hər həftə genişmiqyaslı dezinfeksiya olunur.
İndiyə qədər profilaktik tədbirlər ay ərzində 2 dəfə aparılırdı. Koronavirus təhlükəsinə qarşı görülən işlər çərçivəsində dezinfeksiya tədbirləri daha da intensivləşdirilib.
Qatarların və stansiyaların hər həftə geniş miqyaslı dezinfeksiya edilməsi ilə yanaşı, gün ərzində 3 dəfə stansiyalarda əllə təmas olunan yerlər xüsusi maddələrlə təmizlənir.
Bundan başqa, depolara daxil olan qatarlar da sanitar-gigiyenik qaydalara uyğun dezinfeksiya edilir.
Oxşar xəbərlər
Bakı Metropolitenindən koronavirusla bağlı sərnişinlərə MÜRACİƏT - FOTO
Yeni koronavirusla (COVİD-19) əlaqədar fevral ayının 21-dən stansiya və qatarlarda, həmçinin inzibati və iaşə obyektlərində profilaktiki tədbirləri davam etdirə...