"Bakı Metropoliteni"ndə kadr dəyişikliyi olub

Bakı Metropolitenində kadr dəyişikliyi olub
Sosial 7

"Bakı Metropoliteni" QSC-nin Hərəkət Xidmətinə yeni rəis təyin olunub.

BAKU.WS xəbər verir ki, qurumun baş müfəttişi Elxan Məmmədov bu vəzifəyə gətirilib.

E.Məmmədovun yerinə isə qurumun Hərəkət Qatarlarının İstismarı Departamentinin baş mühəndisi Ruslan Seyidov təyin olunub.

"Bakı Metropoliteni"ndə baş verən kadr dəyişikliklərini "Report"a QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq edib.

Xatırladaq ki, bu il iyunun 17-də "Bakı Metropoliteni"nin Hərəkət Xidmətinin keçmiş rəisi Etibar İsayev ürəktutmasından dünyasını dəyişib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU

Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU

Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...

5778 Sosial 15:54 12 dekabr 2018

Son xəbərlər