Bakı-Bodrum reysində problem Aeroportda sıxlıq yaşanır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakıdan Bodruma yola düşməli olan reysdə problem yaranım.
BAKU.WS-ə daxil olan məlumata görə, səhər saat 9-da yola düşməli olan təyyarə saat 11 olmasına baxmayaraq gecikməyə davam edir.
Hadisə vətəndaşların narazılığına səbəb olub.
Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən isə deyilir ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-023 nömrəli Bakı-Bodrum reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.
Sözügedən reysin sərnişinləri Bodruma digər təyyarə ilə yola düşəcəklər.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...