Bakı aeroportunda təyyarə qəzasında həlak olmuş şəxslərin xatirəsi yad edilib
Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən il dekabrın 25-də yerinə yetirdiyi J2-8243 nömrəli Bakı–Qroznı reysində həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, anım mərasimində AZAL-ın və hava limanının rəhbərliyi, o cümlədən aeroportda xidmət göstərən qurumların işçiləri iştirak ediblər.
"Embraer 190" təyyarəsi Qazaxıstanın Aktau şəhərindən təxminən 3 km məsafədə qəzaya uğrayıb. İlkin araşdırmaya əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sisteminin hücumuna məruz qalıb.
Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Qəzada kapitan İgor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva həlak olub. Digər iki bələdçi Zülfüqar Əsədov və Aydan Rəhimli sağ qalıb.
Qalereya
Oxşar xəbərlər
Bakı sakinlərinə su ilə bağlı XƏBƏRDARLIQ - Fevralın 20-dək
Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanında üzərində fərdi yaşayış evi inşa olunduğuna görə diametri 500 mm olan magistral su xəttində qəza baş verib. İri Ş...